ABŞ koronavirusun necə yarandığını AÇIQLADI

ABŞ koronavirusun necə yarandığını AÇIQLADI

ABŞ Konqresi Nümayəndələr Palatasının 2 illik araşdırma nəticəsində tərtib etdiyi koronavirus epidemiyasının 557 səhifəlik hesabatına əsasən, COVID-19 Çinin Uhan şəhərindəki laboratoriyada meydana gəlib.

Bu barədə ABŞ Konqresi hesabat dərc edib.

"Koronavirus çox güman ki, Çinin Uhan şəhərindəki laboratoriyada yaradılıb", - sənəddə deyilir.

Hesabat müəlliflərinin fikrincə, virusun bioloji xüsusiyyətləri 2019-cu ilin payızında Uhan Yoluxucu Xəstəliklər İnstitutunda tədqiqatçılar arasında müşahidə olunan xəstəliyin simptomları ilə üst-üstə düşür.

Həmçinin qeyd olunub ki, əgər virusun təbii mənşəyinə dair sübutlar olsaydı, o, indiyə qədər ortaya çıxmalı idi.

Ağarza Elçinoğlu


Mənbə: unikal.az