Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti 1 dollara yaxın ucuzlaşıb.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,97 ABŞ dolları və ya 1,3% azalaraq 74,43 ABŞ dollarına enib.
Qeyd edək ki, ötən gün Azərbaycan neftinin qiyməti 75,40 dollar təşkil edib.
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.
Mənbə: qafqazinfo.az