Azərbaycanlılar bu ölkədə 1 ayda 100-ə yaxın mənzil aldılar

Azərbaycanlılar bu ölkədə 1 ayda 100-ə yaxın mənzil aldılar

Azərbaycanlılar Türkiyədə mənzil almaqda davam edirlər.

“Marja” Türkiyənin Statistika Komitəsinə istinadən xəbər verir ki, 2020-ci ilin Yanvar ayında azərbaycanlılar Türkiyədə 99 mənzil alıblar. 2019-cu ilin Yanvar ayında azərbaycanlılar Türkiyədə 95 mənzil almışdılar.

Ötən ay Türkiyədə ən çox mənzili İraq, İran və Rusiya vətəndaşları alıblar.

Mənbə: marja.az