Cari ildə 77 kəndin elektrik şəbəkəsi yenidən qurulacaq

Cari ildə 77 kəndin elektrik şəbəkəsi yenidən qurulacaq

Hazırda Binəqədi rayonunda 110/35/6 kilovoltluq 91 saylı, Ağsu rayonunda “Ağabəyli”, Quba rayonunda “Rustov”, İmişli rayonunda “Muğanlı” və “Aranlı”, Şamaxı rayonunda isə “İqamətgah” 35 kilovoltluq yarımstansiyaların tikintisi aparılır.

“Azərişıq” ASC-dən AZƏRTAC-a bildirilib ki, 2020-ci ildə 77 kəndin 0,4 kilovoltluq elektrik şəbəkələrinin yenidən qurulması nəzərdə tutulur. Hazırda 20 kənddə bu istiqamətdə işlər davam etdirilir.

Bundan əlavə, hər region üzrə 5 ədəd 35 kilovoltluq yarımtansiyanın əsaslı təmir işlərinin aparılması planlaşdırılıb, 27 dağ kəndinin isə elektrik şəbəkələrinin yenidən qurulması üçün layihə işləri aparılır.

Mənbə: azertag.az