“Gucci” və “Louis Vuitton” işçiləri şirkətlərini məhkəməyə veriblər

“Gucci” və “Louis Vuitton” işçiləri şirkətlərini məhkəməyə veriblər

“Saks”, “Gucci” və “Louis Vuitton” işçiləri, işəgötürənləri gizli sövdələşmədə və antimonopoliya qanunvericiliyini pozmaqda ittiham ediblər.

Bu barədə Bloomberg məlumat verib.

Şikayətçilər iddia edirlər ki, adıçəkilən şirkətlər daha əvvəl rəqibləri ilə işləyən işçiləri işə götürmürlər. Onların sözlərinə görə, məhz bu səbəbdən sözügedən şəxslər iş tapmaqda xeyli çətinlik çəkirlər.

“Saks” ın keçmiş əməkdaşı olmuş iddiaçılardan biri sonradan “Louis Vuitton” şirkətinə işə düzəlmək istəsə də, burada, daha əvvəl rəqib şirkətlərdə işləyən namizədlərin işə götürülməməsi ilə bağlı ciddi göstərişin olduğunu öyrənir.

“Saks”, “Gucci” və “Louis Vuitton” Bloomberg-in göndərdiyi müraciətlərə cavab verməyiblər.

Oxşar iddia 2015-ci ildə də irəli sürülüb. O zaman sövdələşmə ittihamı ilə “Apple”, “Google”, “Intel” və “Adobe Systems” şirkətləri məhkəməyə verilib. Nəticədə şirkətlər 415 milyon dollar kompensasiya ödəməli olublar.

Mənbə: bizplus.az