Neftin qiyməti açıqlandı

Neftin qiyməti açıqlandı

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 17-də 61,26 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,28 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 60,42 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,28 dollar/barel azdır.Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 55,52 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,23 dollar/barel çoxdur.Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 57,72 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,76 dollar/barel çoxdur.

 

Mənbə: onn.az