Rumıniyanın “News24hours” xəbər portalı Azərbaycanın qış turizmi potensialından yazıb

Rumıniyanın “News24hours” xəbər portalı Azərbaycanın qış turizmi potensialından yazıb

Buxarest, 20 fevral, AZƏRTAC

Rumıniyanın “News24hours” xəbər portalı Azərbaycanda qış turizminin inkişafı barədə məqalə yayıb.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın Qusar, Qəbələ rayonlarında yerləşən qış turizm kompleksləri - Şahdağ, Tufandağ barədə ətraflı məlumat verilir. Burada yaradılan şəraitdən, mövcud infrastruktur barədə söhbət açılıb. Qeyd olunur ki, turistlər qış idman növləri ilə şəhərlərdə gəzintini əlaqələndirərək burada istirahət edə bilərlər.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

Mənbə: azertag.az