Bakıda nəhəng tunel tikilə bilər - LAYİHƏ

Bakıda nəhəng tunel tikilə bilər - LAYİHƏ

Bakıda yeni tunelin tikintisi ilə bağlı layihə hazırlanıb.

Publika.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən hazırlanan layihəyə əsasən paytaxtın Sumqayıt istiqamətindən nəqliyyat axınının nisbətən bölünməsi mümkün ola bilər.

Belə ki, layihəyə əsasən Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığından - Atıcılıq mərkəzinin yaxınlığından başlayacaq tunel Yeni Yasamal və Şərifzadə küçələrinə qədər uzanacaq. Artıq yeni tunelin çəkilməsi ilə bağlı layihə hökumətə təqdim edilib.

Qeyd edək ki, hazırda günün pik saatlarında Bakı-Sumqayıt yolunda, Şamaxinka (Moskva prospekti) ərazisində tıxaclar müşahidə edilir.

Mənbə: publika.az