Banklar lizinq şirkətlərini itirə bilərlər - “FAİZLƏRİ BİZİ QANE ETMİR”

Banklar lizinq şirkətlərini itirə bilərlər - “FAİZLƏRİ BİZİ QANE ETMİR”

Azərbaycanın bir sıra lizinq şirkətləri bankların kredit şərtləri ilə cəlb edilən vəsait ilə lizinq xidmətləri göstərməyin az sərfəli olduğunu bildirirlər.

FED.az xəbər verir ki, bir sıra lizinq şirkətləri istiqraz emissiyasına hazırlaşırlar.

Mənbənin sözlərinə görə, artıq bankların verdiyi kredit faizləri lizinq şirkətlərini qane etmir, bu səbəbdən istiqraz buraxılışı yolu ilə qiymətli kağızlar bazarından vəsait cəlb etməyi düşünürlər.

“Lizinq şirkətləri hesab edirlər ki, onlar kapital bazarlarından banklar tərəfindən təklif olunan faizdən 2-3 faiz bəndi aşağı faizlər ilə vəsait cəlb edə bilərlər. Hazırda lizinq şirkətləri istiqraz emissiyası ilə bağlı bazar araşdırması aparırlar və yaxın günlərdə onların istiqraz emissiyasına başlayacaqları gözlənilir”,- deyə bildirilib.

Qeyd edək ki, Azərbaycanda əksər lizinq şirkətləri banklardan aldıqları kreditlər hesabına lizinq məhsulları təklif edirlər. İnvestor ilə lizinq şirkətləri arasında vasitəçinin (bankların) olması cəlb edilən vəsaiti bahalaşdırır. Qiymətli kağızlar bazarında isə sərmayəçilərdən daha sərfəli şərtlər ilə vəsait cəlb etmək imkanı yaranıb.

Marja

Mənbə: fed.az