Aqrar Xidmətlər Agentliyinin laboratoriyası akkreditasiya edildi

Aqrar Xidmətlər Agentliyinin laboratoriyası akkreditasiya edildi

Azərbaycan Akkreditasiya Mərkəzi Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin laboratoriyasının akkreditasiya olunması üçün qiymətləndirmə aparıb və uyğunluq tələblərinə cavab verdiyini müəyyən edib.

"Report" bu barədə nazirliyə istinadən xəbər verir.

“Uyğunluğu qiymətləndirən qurumun akkreditasiyası barədə” 5 fevral 2020-ci il tarixli qərarla laboratoriya akkreditasiya edilib. Akkresitasiya toxum, torpaq, bitki və suvarma sularının sınağının həyata keçirilməsi üçün AZS İSO/İEC 17025:2009 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” standartına uyğun həyata keçirilib.

Mənbə: report.az