"Azercell" Bakıda Formula 1-in keçiriləcəyi əraziləri 5G ilə əhatə edəcək

"Azercell" Bakıda Formula 1-in keçiriləcəyi əraziləri 5G ilə əhatə edəcək

Bakıda Formula 1 yarışları keçirilən ərazilər 5G şəbəkəsi ilə əhatə olunacaq.

"APA-Economics"in məlumatına görə, bunu "Azercell Telekom" şirkətinin 2019-cu ilin yekunlarına dair təşkil etdiyi konfransda çıxış edən çirkətin prezidenti Vahid Mürsəliyev deyib.

Onun sözlərinə görə, paralel olaraq şirkət tərəfindən yeni rəqəmsal həllərin sınaqları aparılacaq: "Söhbət yeni texnoloji həllərin 5G şəbəkəsi üzərindən göstərilməsinə dair araşdırmalardan gedir".

Mənbə: apa.az