Bakı metrosu 4G şəbəkəsi ilə əhatə olunacaq

Bakı metrosu 4G şəbəkəsi ilə əhatə olunacaq

Azərbaycanın mobil rabitə operatoru "Azercell Telekom" şirkətinin 4G şəbəkəsi (LTE) Bakı metrosunu tam əhatə edəcək.

"APA-Economics"in məlumatına görə, bunu "Azercell Telekom" şirkətinin 2019-cu ilin yekunlarına dair təşkil etdiyi konfransda çıxış edən çirkətin prezidenti Vahid Mürsəliyev deyib.

Onun sözlərinə görə, şəbəkə həm stansiyaları, həm tunelləri əhatə edəcək.

O həmçinin bildirilib ki, hazırda LTE şəbəkəsi "Elmlər Akademiyası" stansiyasında yaradılıb və cari ildə mərhələli olaraq şəbəkə genişləndiriləcək: "Biz hazırda 4G şəbəkəsinin tək platformalarda deyil, tunellərdə də qurulması ilə ciddi məşğuluq".

Mənbə: apa.az