Kanadadan ABŞ-a insan beyni apardılar

Kanadadan ABŞ-a insan beyni apardılar

ABŞ-da gömrükçülər təsadüfi olaraq Kanadadan ölkəyə daxil olan bir poçt maşınının içərisində ağzı bağlı banka içində insan beyni tapıblar.

Sonxeber.az-ın məlumatına görə, ABŞ Gömrük və Sərhəd Mühafizəsi Xidməti tərəfindən hadisənin 14 fevralda Miçiqan və Kanadanın Ontario əyaləti arasındakı Mavi Su Körpüsü sərhəd keçidində olduğu açıqlanıb.
Beyin "Qədim Təhsil Nümunəsi" yazılı bir yükün içərisində olub. Torontoda bağlanan yüklər Viskonsin ştatının Kenosha şəhərinə göndərilmək üçün poçta verilib.
ABŞ Gömrük və Sərhəd Mühafizə Xidməti yazılı açıqlamasında insan beyni olan şüşə qabın qanuni yollarla ABŞ-a daxil olduğunu bildirilib.

Fəridə Ağazadə

 

 

Mənbə: sonxeber.az