Bakı-Sumqayıt yolu bu tarixdə istifadəyə veriləcək - VİDEO

''Bakı-Rusiya sərhədi avtomobil yoluna alternativ olaraq çəkilən yeni yolun 100 km-lik hissəsi bu il istifadəyə veriləcək. Azərbaycanda və MDB məkanında ilk pullu yol olacaq Bakı-Rusiya Federasiyası sərhəddinə alternativ yolun bir hissəsi bu il istifadəyə veriləcək''.

Sabah.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, bunu yol işçilərinin peşə bayramı çərçivəsində çıxış edən Azərbaycan Avtomabil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov bildirib.

Qurum rəhbəri yeni yol isitfadəyə verildikdən sonra köhnə beton yolunda əsaslı təmir ediləcəyini bildirib. Agentliyin sədri eyni zaman bu ilin sonuna qədər Xaldan qəsəbəsindən Gürcüstan sərhədinə qədər olan yolun 54 km-lik Xaldan-Şəki hissəsinin və 68 km-lik Ucar-Zərdab-Ağcabədi avtomobil yolununçəkilib başa çatdırılacağını bildirib. O, ölkə əhəmiyyətli yollarda görüləcək işlərdən də danışıb.

Saleh Məmmədov çıxışında Bakı-Sumqayıt yolunun genişləndirilməsi işinin də bu ilin may ayının sonuna kimi başa çatdırılacağını, avtovağzalın yaxınlığından Şərifzadə küçəsi istiqamətində çəkiləcək yeni tunelin layihəsinin hazırlandığını və aidiyyatı dövlət qurumları razılaşdırma mərhələsində olduğunu bildirib.

 

Sabah.az

ƏVVƏLKİ XƏBƏR

Bu telefonla çılpaq şəkil çəkmək mümkün olmayacaq

SONRAKI XƏBƏR

Henderson üç həftəlik sıradan çıxıb