Samir Dübəndi: “Bu gün dönərxana sahəsində vəziyyət qənaətbəxş deyil”

Samir Dübəndi: “Bu gün dönərxana sahəsində vəziyyət qənaətbəxş deyil”

DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi deyir ki, AQTA bizim assosiasiyanın təklif etdiyi təlimlərdən istifadə etsə, səmərəli olar

Samir Dübəndi: “Belə bir layihənin rellaşdırılmasını dəstəkləyirik”

Azərbaycanda Qida Təhlükəsizliyi İnstitutunun nəzdində "Süfrə" MMC yaradılacaq. Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib.

DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi Sputnik Azərbaycan-a deyir ki, bu pilot layihədir və nümunəvi dönər kafelərinin yaradılması nəzərdə tutulur:

“Belə bir layihənin rellaşdırılmasını dəstəkləyirik. Ancaq ölkəmizdə nümunəvi fəaliyyət göstərən müəssisələr də var. Həmin müəssisələri seçib bu layihəyə cəlb etmək olar. Amma bu gün sanitar-gigiyenik qaydaların pozulduğu müəssisələrin sayı daha çoxdur. AQTA bizim assosiasiyamızın təklif etdiyi təlimlərdən istifadə etsə, səmərəli olar. Proses uzun olsa da, nədənsə başlamaq lazımdır. Ümumilikdə, bu gün dönərxana sahəsində vəziyyət qənaətbəxş deyil”.

Mənbə: sputnik.az