Beynəlxalq birja indeksləri 6 trln ABŞ dollarına yaxın azalıb

Beynəlxalq birja indeksləri 6 trln ABŞ dollarına yaxın azalıb

Koronavirus epidemiyasının təsiri ilə yanvarın 20-dən beynəlxalq birjalarda səhmlərin ümumi bazar dəyəri 5,7 trilyon ABŞ dolları və ya 6,4% azalaraq 83,425 trilyon ABŞ dollara enib.

“Report” bu barədə “Bloomberg”ə istinadən xəbər verir.

Qeyd edək ki, bu rəqəm dünyanın üçüncü böyük iqtisadiyyatı olan Yaponiyanın milli gəlirinə bərabərdir.

Mənbə: report.az