Neft Fondu neft-qaz sazişlərinin həyata keçirilməsindən əldə olunan gəlirlərini açıqlayıb

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) ötənilki büdcə gəlirləri 19 milyard manat, büdcə xərcləri isə 11,6 milyard manat olub.

Bu barədə AZƏRTAC-a müsahibəsində fondun icraçı direktoru İsrafil Məmmədov deyib.

İ.Məmmədov qeyd edib ki, gəlirlərin 15,4 milyard manatını neft və qaz sazişlərinin həyata keçirilməsindən əldə olunan gəlirlər təşkil edib, buraya mənfəət nefti və qazının satışı (14,6 milyard manat), bonus ödənişləri (766,4 milyon manat), akrhesabı ödənişlər (4,7 milyon manat), tranzit gəlirləri (18,9 milyon manat) daxildir. Fondun vəsaitlərinin idarə edilməsindən isə 3,6 milyard manat əldə olunub ki, bu da ümumi gəlirlərin 19,1 faizini təşkil edir. Bununla da investisiya portfelinin ümumi illik gəlirliliyi 5,3 faiz olub. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-in büdcədənkənar gəliri 731,7 milyon manat təşkil edib.

“2019-cu ildə Neft Fondunun büdcə xərclərinin vaxtında icrası ilə əlaqədar ölkədə fiskal tarazlığın qorunması təmin edilib. Fondun büdcə xərclərini dövlət büdcəsinə transfert (11,4 milyard manat), qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması (200 milyon manat), ARDNF-in idarə edilməsi ilə bağlı xərcləri (24,3 milyon manat) olub”, - deyə o bildirib.

Müsahibənin tam mətni

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Ata 4 yaşlı qızını öldürdü, həyat yoldaşını, 2-ci uşağını bıçaqladı və intihar etdi

SONRAKI XƏBƏR

Koronavirusun yayıldığı ölkələrin sayı 50 oldu