Avropada koronavirus gəmiçiliyə ziyan vurur

Avropanın iri gəmiçilik şirkətləri koronavirusla bağlı məhdudiyyətlər üzündən ziyan çəkir.

“Report” “Welt”ə istinadən xəbər verir ki, Almaniya Gəmiçilər İttifaqının prezidenti Alfred Hartmanın fikrincə, Çindən yük daşımalarının azalması hissələrin, xammalın qıtlığına səbəb ola bilər.

Məşhur “Maersk” beynəlxalq gəmiçilik şirkəti son iki həftə ərzində Çindən 50 reysi ləğv etmək məcburiyyətində qalıb.

Beynəlxalq Dənizçilər Təşkilatnın (İMO) məlumatına görə, dünya gəmiçiliyinin ticarət dövriyyəsində hər həftəlik 350 milyon ABŞ dollarınadək zərərə uğrayır.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Google Translate tatar, türkmən, uyğur dillərini də tərcüm edəcək

SONRAKI XƏBƏR

Paşinyan onu tənqid edənlərə qarşı gizli dinləmək və xarici nəzarət həyata keçirməyi tapşırıb