Azərbaycanda 6-cı tədbir baş tutacaq

Martın 3-ü "Prime Consulting" şirkətinin təşkilatçılığı, Dövlət Turizm Agentliyi (DTA) və Azərbaycan Turizm Assosiasiyasının (AZTA) dəstəyi ilə 6-cı "Prime Travel Market" tədbiri baş tutacaq. Tədbir Azərbaycanda lüks turizm sahəsində ən uğurlu layihələrdən biridir.

Ənənəyə sadiq qalaraq, tədbir JW Marriott Absheron otelində təşkil olunacaq və bir neçə hissədən ibarət olacaq, hər biri turizm nümayəndələrinə kommunikasiya platforması kimi xidmət edəcəkdir.

Tədbirdə Rusiya, Ukrayna, Çexiya, Belarusiya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri Fransa Amerika, Böyük Britaniya, Maldiv adaları və Şri –Lanka ölkələrindən xarici turizm şirkətlərinin nümayəndələri iştirak edəcək. Tədbir zamanı qonaqlar və sərgi iştirakçıları münasibətlərin qurulması, möhkəmləndirilməsi və eyni zamanda gələcək əməkdaşlığın inkişafı üçün təcrübə və fikir mübadiləsi aparacaqlar.
"Prime Travel Market"in təşkilatçılarından aldığımız məlumata görə, bu il, sərgidə çoxlu sayda yerli və xarici turizm agentlikləri iştirak edəcəkdir.
Sərgi iştirakçıları arasında 5* otellər, eksklüziv kurort mərkəzləri, dünya mehmanxana zəncirləri, unikal butik otellər, Hava Yolları Şirkətləri, Lüks turoperatorlar və konsyerj şirkətləri vardır.

Tədbir zamanı qonaqlar üçün 20-yə yaxın dəyərli hədiyyələrin uduşu təskil olunacaq.

"Prime Travel Market" ölkənin turizm sənayesində ən effektiv B2B tədbirlərindən biri kimi tanınır və ölkəmizdə daxili və xarici turizmin davamlı inkişafı üçün bir platformadır.

Xeberoxu.az

ƏVVƏLKİ XƏBƏR

Sarri: "İtaliyada olsa, Ronaldu və Dibalanın epizodlarında xeyrimizə iki penalti verilərdi"

SONRAKI XƏBƏR

Ermənistan hökumətinin yürütdüyü kadr siyasətinin “yaraları”