Azərbaycan Fransaya 400 ton nar ixrac edəcək

Azərbaycan 2020-ci ilin nar mövsümündə Fransaya 400 tonadək nar ixrac edəcək.

Bunu "APA-Economics"ə Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov deyib.

Onun sözlərinə görə, yerli istehsalçılar bu məsuliyyəti dərk edərək Fransanın tələblərinə və sertifikatlarına uyğun məhsul yetişdirəcəklər ki, bu ölkəyə nar məhsulunun ixracı daimi olsun: "Biz dünyada tələb olunan sertifikatlara uyğun nar becərməyi öz fermerlərimizə təlim kimi keçirik. Düşünürəm ki, məhsulun tədarükü ilə bağlı heç bir çətinlik olmayacaq".

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Seçilməmiş yolların qara geyimli ulduzları - FOTO

SONRAKI XƏBƏR

Lempardın "qara siyahı"sı