Kölgə iqtisadiyyatının aradan qaldırılması ilə bağlı təklif hazırlanacaq

Kölgə iqtisadiyyatının aradan qaldırılması ilə bağlı təklif hazırlanacaq

Kölgə iqtisadiyyatının aradan qaldırılması ilə bağlı təklif hazırlanacaq.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”da əksini tapıb.

Sənədə əsasən, Nazirlər Kabineti və İqtisadiyyat Nazirliyi tərəfindən 2020-2021-ci illərdə sahibkarlıq subyektlərinin fəaliyyətində şəffaflıq, korrupsiyaya qarşı mübarizə və hesabatlılıq tələblərinin gücləndirilməsi ilə bağlı təkliflər hazırlanmalıdır.

Mənbə: apa.az