Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 53% azalıb

Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 53% azalıb

Bu ilin yanvar ayı ərzində İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 6,1 milyon manat ipoteka krediti verilib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu rəqəm keçən ilin eyni dövrü ilə müqayisədə 53,1% azdır.

Qeyd edək ki, son 1 ildə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 86,2% azalaraq 3,5 milyon manata enib. Hesabat dövründə İKZF-yə dövlət büdcəsindən ayrılmış vəsait isə 17,8 milyon manat olub.

Mənbə: report.az