Sığorta bazarının 77%-i 5 sığorta şirkətinin əlində cəmləşib

Sığorta bazarının 77%-i 5 sığorta şirkətinin əlində cəmləşib

Azərbaycanda sığorta bazarının yarıdan çoxu 5 şirkətin "əlində" cəmləşib.

İndex.az Mərkəzi Banka istinadən xəbər verir ki, ölkədə olan 22 sığorta şirkəti ümumilikdə bu ilin yanvar ayında 111 mln. 550 min manat sığorta haqqı toplayıb.

Bu məbləğin 77%-i və ya 86 mln. manatı 5 sığorta şirkəti “Paşa Sığorta”(56 mln 578 min manat), “Paşa Həyat”(14 mln 991 min manat) , “İpək Yolu Sığorta”(7 mln 881 min manat) “Atəşgah”(3 mln 638 min manat) və “Atəşgah Həyat”(2 mln 979 min manat) şirkətinin “əlində” cəmləşib.

Mənbə: index.az