Koronavirusun dünya turizminə vurduğu zərər AÇIQLANDI

Koronavirusun dünya turizminə vurduğu zərər AÇIQLANDI

Ümumdünya Səyahət və Turizm Şurasının (World Travel & Tourism Council - WTTC) prezidenti Gloria Guevara koronavirusun turizm sənayesinə vurduğu qlobal ziyanın təxminən 22 milyard dollar civarında ola biləcəyini açıqlayıb.

BiG.AZ-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, onun sözlərini "El Mundo" qəzeti sitat gətirir.

Mütəxəssisin qeyd etdiyi kimi, WTTC birliyi "Oxford Economics" təşkilatı ilə birlikdə dünya turizmində daha öncə digər epidemiyaların (SARS və H1N1) səbəb olduğu böhranlar zamanı əldə olunan təcrübəyə söykənərək, hesablamalar aparıblar.

Guevaranın sözlərinə əsasən, "COVID-19" virusu mənfi təsirini ən çox Çinə göstərəcək. Burada turizm ÜDM-in 11 faizini təşkil edir.

Bundan əlavə, Çindən gələn turitlərdən asılı olan Makao, Tayland, Kamboca və Filippin kimi ölkələr də risk altındadır.

"Oxford Economics"ın mütəxəssisləri qeyd edirlər ki, 22 milyard dollar sadəcə ilkin hesablamanın nəticəsidir və virusun qarşısı alınmadığı təqdirdə bu məbləğ iki və ya üçqat arta bilər.
 

 

Mənbə: big.az