Xaricə gedən azərbaycanlıların 84,2 faizi dəmir yolu və avtomobil nəqliyyatından istifadə edib

Xaricə gedən azərbaycanlıların 84,2 faizi dəmir yolu və avtomobil nəqliyyatından istifadə edib

Cari ilin yanvarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 84,2 faizi dəmir yolu və avtomobil nəqliyyatından istifadə edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, həmçinin xarici ölkələrə səfər edən vətəndaşlarımızın 15,2 faizi hava, 0,6 faizi isə su nəqliyyatına üstünlük verib.

 

Mənbə: azertag.az