Azərbaycanın bank sektoru xalis mənfəətini 16% artırıb

Azərbaycanın bank sektoru xalis mənfəətini 16% artırıb

Azərbaycanın bank sektoru bu ilin yanvar ayında 49,4 milyon manat xalis mənfəət əldə edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16% çoxdur.

Ötən ay bankların əməliyyat gəlirləri 217,6 milyon manat (əvvəlki ilə nisbətən 1,5% çox), əməliyyat xərcləri 141,5 milyon manat (9% çox), xüsusi ehtiyatlara ayırmaları 20,9 milyon manat (46,8% az), mənfəət vergisi ödəmələri isə 5,7 milyon manat (7,55% çox) təşkil edib.

Mənbə: report.az