Kirayə mənzillərə qeydiyyat başladı - VİDEO

Kirayə mənzillərə qeydiyyat başladı - VİDEO

Elektron ipoteka və kredit zəmanət fondunun electron sistemi electron hökumət portalına inteqrasiya olunub və sistemin fəaliyyəti birbaşa electron hökumət portal vasitəsilə tənzimlənir.

Ötən müddət ərzində ipoteka və kredit zəmanət fondu, vətəndaşlar və sosial innovasiyalar üzrə dövlət agentliyi, elektron hökumətin inkişafı mərkəzi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən sistemin parametrləri genişləndirilib və sistem vətəndaşlara xidmət üçün müvafiq səviyyəyə çatdırılıb. Artıq fondun elektron ipoteka və kredit zəmanət sistemində kirayə mənzil modulu vətəndaşlar üçün elektron kabinetin yaradılması və elektron müraciətin formalaşdırılması üçün açıqdır. Bunu jurnalistlərə açıqlamasında ipoteka və kredit zəmanət fondunun mətbuat katibi Yeganə Ramazanova bildirib.

Qeyd edək ki, vətəndaşlara xidmət 2 saylı Bakı “ASAN Kommunal” və Sumqayıt “ASAN Xidmət” mərkəzləri vasitəsilə həyata keçiriləcək. Yeganə Ramazanova bildirdi ki, vətəndaş mənzil seçimini yalnız fond tərəfindən müraciətə baxıldıqdan və razılıq barədə qərarın qəbul edilməsindən sonra edə biləcək, yəni fondun razılığı əldə olunduqdan sonra vətəndaşın electron kabinetinə bildiriş gələcək və bundan sonra electron sistemdə mənzil seçimi etmək mümkün olacaq.

Yeganə Ramazanovanın sözlərinə görə, ipoteka və kredit zəmanət fondu electron sistemdən vətəndaşların rahat istifadə etməsi üçün onlara elektron sistemdən sitifadə qaydaları ilə bağlı təlimat videosu da hazırlayıb.

 

Mənbə: www.realtv.az