Ötən il büdcəyə Qazax rayonu üzrə vəsait daxilolmaları proqnozdan 23,43 faiz çox olub

Ötən il büdcəyə Qazax rayonu üzrə vəsait daxilolmaları proqnozdan 23,43 faiz çox olub

Qazax rayonu üzrə 2019-cu ildə yerli gəlir və xərclərin proqnozu 10925000 manat məbləğində müəyyənləşdirilib.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, keçən il yerli daxilolmalar 10925000 manat proqnoza qarşı 13484798 manat və ya 123,43 faiz yerinə yetirilərək, büdcəyə 2559798 manat, yəni, 23,43 faiz çox vəsait daxil olub.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə büdcəyə 1983321 manat və ya 17,24 faiz çox vəsait daxil olub. Qarşılıqlı hesablaşmalar əsasında 3117749 manat vəsait daxil olub və il ərzində 3058548 manat vəsait öz təyinatı üzrə (98,1 faiz) xərclənib və 59201 manat vəsait qalıb.

Yekun olaraq hesabat ilində yerli gəlirlər cəmi 14042749 manat proqnoza qarşı 16602547 manat, yəni, 118,23 faiz yerinə yetirilərək bütövlükdə büdcəyə 2559798 manat, yəni, 18,23 faiz çox vəsait daxil olub. Yerli xərclər 14042749 manat proqnoza qarşı 12983575 manat icra olunaraq 92,46 faiz və ya 1059174 manat (7,54 faiz) az icra edilib.

Mənbə: azertag.az