Yaponiya Səhiyyə Nazirliyi yeni koronavirusun təyini ilə bağlı analizin qiymətini açıqlayıb

Yaponiya Səhiyyə Nazirliyi yeni koronavirusun təyini ilə bağlı analizin qiymətini açıqlayıb

Yaponiya Səhiyyə Nazirliyi yeni koronovirusun təyini ilə bağlı analizin qiymətini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, nazirliyin tibb müəssisələrinin, təftiş şirkətlərinin və universitetlərin nümayəndələrinin iştirakı ilə keçirilən iclasında bu analizin dəyərinin 18 min yen (təqribən 166 dollar) olacağı elan edilib.

Bildirilib ki, milli sığorta əsasında tibbi məsrəflərin 30 faizini ödəyənlər üçün bu məbləğ 5400 yen və ya təqribən 50 dollar təşkil edəcək. Hökumət tərəfindən xərclərin azaldılması ilə bağlı subsidiyaların tətbiqinin araşdırıldığı da qeyd edilir.

Eyni zamanda, Səhiyyə Nazirliyinin analizlərin tibbi müəssislərin əksəriyyətində aparılmasının təmin edilməsi məqsədilə milli sığorta sisteminin tətbiqinə çalışdığı da bildirilir.

 

Mənbə: azertag.az