Neft şirkətlərinin gəliri 40% azaldı

Neft şirkətlərinin gəliri 40% azaldı

Dünyanın 12 ən böyük ictimai neft şirkətinin ümumi xalis mənfəəti əvvəlki ilə nisbətən 40,4 faiz azalaraq 63,9 milyard dollara çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə dünyanın 12 ən böyük ictimaiyyətə açıq neft şirkətlərinin balans hesabatlarında məlumat verilir.

Bu siyahıya ExxonMobil, Chevron, ConocoPhillips, Halliburton, Schlumberger və Baker Hughes kimi neft şirkətləri aiddir. Bu şirkətlərin 2018-ci ildə xalis gəliri 107,3 milyard dollar olub.

Qeyd edək ki, neft hasilatına və ehtiyyatlarına görə dünyanın ən böyük neft şirkəti olan "Saudi Aramco" hələ ki rəqəmləri açıqlamadığına görə bu siyahıda yer almayıb.

Orxan Məmməd

Mənbə: qafqazinfo.az