Azərbaycanın ötən ay ən çox məhsul aldığı İƏT-ə üzv ölkələrin adları açıqlanıb

Azərbaycanın ötən ay ən çox məhsul aldığı İƏT-ə üzv ölkələrin adları açıqlanıb

Azərbaycanın yanvarda ən çox məhsul idxal etdiyi İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr sırasında ilk üçlükdə Türkiyə, Türkmənistan və İran qərarlaşıb.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, Türkiyədən idxalın dəyəri 101 milyon 681 min ABŞ dolları, Türkmənistandan 28 milyon 313 min, İrandan isə 24 milyon 52 min dollar təşkil edib.

Azərbaycan keçən ilin müvafiq dövrünə nisbətən Türkiyə və Türkmənistandan idxalı artırıb, İrandan isə azaldıb. Türkiyədən idxalın dəyərində 9,3 milyon dollar, Türkmənistandan 27,9 milyon dollar artım, İrandan isə 54,2 milyon dollar azalma müşahidə olunub.

Mənbə: azertag.az