Himayəsində 3 uşaq olan fiziki şəxsin vergi güzəşti

Himayəsində 3 uşaq olan fiziki şəxsin vergi güzəşti

Fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerində muzdlu işlə bağlı əldə etdiyi gəlirə tətbiq olunan vergi himayəsində 3 nəfər olması ilə əlaqədar müvafiq təsdiqedici sənədlər (ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əsas iş yerindən işəgötürənin arayışı və Dövlət Vergi Xidmətinin təsdiq etdiyi formada yerli icra hakimiyyəti və ya bələdiyyələr tərəfindən verilmiş arayış) təqdim edildiyi andan etibarən 50 manat məbləğində azaldılır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən

Azvision.az -a verilən məlumata görə, təsdiqedici sənədlər təqdim olunmayan dövr üzrə vergi güzəştinin nəzərə alınması vergi qanunvericiliyində nəzərdə tutulmayıb.

Həmçinin təqaüd, pensiya və işsizlikdən sığorta ödənişi alan şəxslər (uşaqlardan başqa), dövlət təminatında olan şəxslər, xüsusi məktəblərin şagirdləri və internat evlərində olan, saxlanmasına görə qəyyumlardan haqq alınmayan uşaqlar, habelə tam dövlət təminatındakı məktəblər yanında internatlarda olan uşaqlar himayədə olanlara aid edilmir.

Mənbə: azvision.az