Nazirə yeni müşavir təyin olundu

Nazirə yeni müşavir təyin olundu

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevə yeni müşavir təyin olunub.

“Qafqazinfo” nazirliyə istinadən xəbər verir ki, bu vəzifəyə Quliyev Orxan Madar oğlu gətirilib.

SOCAR-ın İnformasiya Texnologiyaları və Rabitə İdarəsində işə başlayan O. Quliyev bu təyinata qədər “SOCAR Caspian İnnovation Center” MMC-də baş əməliyyatlar direktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, O.Quliyev Birinci “Yüksəliş” müsabiqəsinin qalibi olub.

Mənbə: qafqazinfo.az