Koronavirusla mübarizəyə “YÜK TAKSİSİ.AZ” MMC də dəstək göstərdi

Koronavirusla mübarizəyə “YÜK TAKSİSİ.AZ” MMC də dəstək göstərdi

Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli fərmanı ilə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə dəstək məqsədilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna sahibkarların dəstəyi davam edir.

“YÜK TAKSİSİ.AZ” MMC koronovirusla mübarizə məqsədilə Fonda 10 min manat vəsait köçürüb.

Məlumat üçün bildirək ki, “YÜK TAKSİSİ.AZ” MMC tərkibində fəaliyyət göstərən “166 Yükdaşıma və Logistika”, “156 Evakuasiya”, “158 Taksi” şirkətləri ilə hal hazırda nəqliyyat bazarında təmsil olunur.

Mənbə: www.oxu.az