Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayev fövqəladə rejimin tətbiqi ilə əlaqədar qazancını itirmiş şəxslərə aylıq ödənişlər verməyi tapşırıb.
KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu barədə fövqəladə vəziyyət üzrə dövlət komissiyasının iclasında bəyan edilib.
Ödənişlərin miqdarı 42.5 min tenge (95.5 $) təşkil edəcək.
“Ümumilikdə, ən azı 1,5 milyon qazaxıstanlı bu yardıma arxalana bilər”, – deyən Tokayev əlavə edib ki, “Lazım gələrsə, məbləği artırmaq üçün bütün ehtiyatlarımız var”.
Ödəniş mexanizmi dövlət komissiyası tərəfindən hazırlanacaq və pul alanların siyahıları ictimaiyyətin və “Atameken” milli sahibkarlar palatasının iştirakı ilə xüsusi yaradılmış regional qərargah tərəfindən tərtib ediləcək.
Qeyd edək ki, yalnız Almatıda karantin zamanı müəssisələrdə çalışanların sayı 266 min nəfər azalıb. Bundan əlavə fərdi sahibkarların 80% -i fəaliyyətlərini dayandırıb.
Mənbə: konkret.az