Fonda ən az pul köçürən şirkətlərin – Siyahısı

Fonda ən az pul köçürən şirkətlərin – Siyahısı

Koronavirusla Mübarizəyə Dəstək Fondu ölkəmizdə və xaricdə maraqla qarşılanıb. Təsadüfü deyil ki, bu Fondun təcrübəsindən istifadə edərək, artıq bir çox ölkədə analoji fondların yarandıldığı elan edilib.

Axar.az xəbər verir ki, Fondun xüsusilə onlayn qaydada yenilənməsi və şəffaflığı, köçürülən məbləğlərin dəqiqliyi ilə göstərilməsi əhali tərəfindən təqdir edilir. Fondun vəsaitlərindən şəffaflıqla istifadə ediləcəyinə əminlik və güvənc isə Azərbaycanda bu kampaniyanın genişlənməsinə səbəb olur. Belə ki, hər bir vətəndaş cüzi də olsa, o fonda vəsait köçürməklə, kampaniyaya qoşularaq, koronavirusla mübarizəyə dəstəyini ifadə edir.

Qeyd edək ki, fiziki şəxslərin məbləğdən asılı olmayaraq, bu istəyi yüksək qiymətləndirilsə də, hüquqi şəxslər – şirkətlər arasında Fonda cüzi məbləğin köçürülməsi birmənalı qarşılanmır.

Fonda ən az vəsait ödəyən hüquqi şəxslərin ilk onluğunu təqdim edirik:

1. Əşrəf MMC – 0.32 manat (32 qəpik).

2. Hayat Motors – 1 manat

3. Tac Gold MMC – 1 manat

4. Nobel Skhool MMC – 5 manat

5. Tenderdeer MMC – 5 manat

6. Faqs Sudan İstifadəedənlər Birliyi – 10 manat

7. Tudors Azerbaıjan MMC – 20 manat

8. Layihə Tikinti MMC – 20 manat

9. CF Consulting – 20 manat

10. Ontreeps Supreme Agency MMC – 30 manat

Qeyd. Ən az vəsait köçürənlər sırasında 2 media qurumu da var ki, onların istəyi kampaniyaya qoşulmaq olduğu üçün anlaşılandır.

Mənbə: axar.az