"Neft tələbi 20% azalıb"

"Neft tələbi 20% azalıb"

Dünyanın neft ticarəti aparan ən böyük özəl şirkəti Vitol, qlobal neft tələbinin 20% azaldığını açıqlayıb.

Vitol Group, koronavirusun yayılmasının qarşısını almaq üçün gedərək daha çox sayda ölkədə məhdudiyyətlərin tətbiq olunması ilə qlobal neft tələbinin keçən illə müqayisədə 20% düşdüyünü açıqlayıb.

Marja xəbər verir ki, Vitol Group-un rəhbəri Russell Hardy, xam neft istehlakının gündəlik 100 milyon ətrafındakı normal səviyyəsilə müqayisədə 15 - 20 milyon barel arasında azaldığını söyləyib.

Hardy, "Bloomberg Television"a verdiyi müsahibəsində "Tələb əhəmiyyətli ölçüdə düşüb. Tələb bir müddət daha aşağı qalacaq" deyib.

Bu səviyyədəki azalmanın heç olmasa bir neçə həftə davam edəcəyini vurğulayan Hardy, ən az gündəlik 5 milyon barellik illik ortalama azalmanın - qlobal neft bazarının 1960-ların əvvəlindən bəri qarşı-qarşıya olduğu ən kəskin azalma olunacağını ifadə edib.

Vitol, benzin istehlakının Avropada 50%, ABŞ-da 15% düşdüyünü, mazutun isə daha az təsirləndiyini qeyd edib. Şirkətə görə reaktiv yanacağın istehlakı gündəlik 7.3 milyon bareldən 6 milyon barel azalıb.

Dünyanın ən böyük müstəqil neft ticarəti şirkəti olan Vitol, gəmilər, tankerlər və boru xəttlərilə hər gün Almaniya, Fransa, İtaliya, İspaniya və İngiltərənin cəmi ehtiyacı qədər neft daşıyır.

Mənbə: marja.az