“Baku Building” koronavirusla mübarizəyə vəsait ayırdı

Azərbaycanın tikinti şirkətlərindən biri olan “Baku Building” MMC Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Sərəncamı ilə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna dəstək göstərilib.

Şirkətin direktoru Şahlar Mirzəyev vətəndaşlarımızı sosial həmrəylik nümayiş etdirməyə dəvət edib

Qeyd edək ki, “Baku Building” MMC inşaat sektorunda həm ənənəvi, həm də mütərəqqi texnologiyaları tədqiq və tətbiq edərək tikinti və təmir xidmətlərini həyata keçirən professional şirkətdir.

Marja.az

ƏVVƏLKİ XƏBƏR

Volkswagen Rusiyada istehsala fasilə verəcək

SONRAKI XƏBƏR

ABŞ-da koronavirusdan ölənlərin sayı 1000-i ötdü