"Novator Pharma" koronavirusla mübarizəyə maliyyə yardımı etdi - MƏBLƏĞ

"Novator Pharma" koronavirusla mübarizəyə maliyyə yardımı etdi - MƏBLƏĞ

"Novator Pharma" Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat məbləğində könüllü ödəmə edib.

Bu barədə Marja-ya Şirkətdən bildirilib.

NOWP şirkətlər qrupuna "Novator Pharma", "Ornado Medicine", "Wise Pharma" və "Prudens Pharma" şirkətləri daxildir. NOWP şirkətlər qrupu Avropanın bir neçə qabaqcıl dərman və qida əlavələri istehsalçılarının məhsullarının topdan və pərakəndə satışını həyata keçirir.

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin 19 Mart 2020-ci il tarixli Fərmanı ilə ölkədə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə qaydasında göstərilib ki, Fondun vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti, fiziki və hüquqi şəxslərin könüllü ödəmələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır.

Mənbə: marja.az