Rusiya bütün dünya ilə hava əlaqəsini dayandırır

Rusiya bütün dünya ilə hava əlaqəsini dayandırır

Rusiya hökuməti koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə tədbirləri daha da sərtləşdirib.
Musavat.com TASS-a istinadən xəbər verir ki, hökumət yanında yaradılan qərargahın əmri ilə martın 27-dən etibarən Rusiya bütün dövlətlərlə hava əlaqəsini tamamilə dayandırır. Qərara əsasən həmin tarixdən etibarən aviareyslər yalnız dövlət ehtiyacları ilə bağlı, bir də xaricdəki Rusiya vətəndaşlarını ölkəyə gətirmək üçün həyata keçiriləcək.
Qərarda bildirilir ki, aviadaşımalar Rusiya Federasiyası ərazisindəki bütün dövlət və özəl hava limanları, dövlət və özəl aviaşirkətləri üzrə dayandırılır.
Nəqliyyat Nazirliyi martın 30-dək xaricdə olan Rusiya vətəndaşlarının ölkəyə gətirilməsi qrafikini tərtib etməlidir.

Mənbə: teref.az