"COVİD-19 təbiətdən gələn virus tipi deyil"

"COVİD-19 təbiətdən gələn virus tipi deyil"

Bəşəriyyət növbəti sınağından keçir.COCİD-19 dünyadakı hökmünü artırdıqca insanlarda müxtəlif suallar yaranmaqda davam edir.Kimdir müqəssir? Təbiət yoxsa insan? Bəlkə insan özü öz əməlinin qurbanına çevrilib? Bu bəladan qurtulacağıq, amma nə zaman, nəyin bahasına?Bizimyol.info-nun müsahibi Həkim-farmakoloq Hüseynov, Uluslararası Complete-Pharma Europe əczaçılıq şirkətinin export departamentinin direktoru Müşfiq Hüseynovdur.

- Müşfiq bəy, necə düşünürsünüz, COVİD-19 təbiətin , yoxsa insan əməyinin “bəhrəsidir”?

-Kotonavirus-Çinin, ərazisi Azərbaycandan 2 dəfə böyük, əhalisi 5 dəfə çox olan Hubey vilayətinin Uhan şəhərindəki BLS-4 tipli yarımhərbi laboratoriyasından sızıntı nəticəsində dünyaya yayıldı. Buradakı 4- dördüncü səviyyə təhlükəsizlik tədbirlərinə işarədir. Bu labroratoriya haqqında ilk məlumatlar mətbuatda 2017- ci ildə təsdüf olunur. Çin alimləri iftixarla, yarasalar üzərində çox uğurlu sınaqların keçirildiyini, gələcəkdə bəşəriyyət üçün bu testlərin çox xeyirli olacağını bildirirdilər. Məqsəd sadəcə yarasalara məxsus olan, unikal bacarığın- virusun başqa heyvanlara keçirtməyinə baxmayaraq, özünə heç bir şey olmaması faktından insanlar üçün istifasə etmək idi. Müstəqil ekspertlər bu laboratoriyada təhlükəsizlik səviyyəsində boşluqların olduğunu bildirmişdilər, Amma necə oldusa, sınaq yasarasalarından biri hansısa yol tapıb çıxa bilib. Hər şey, mərkəzi çinlilərin “uçan,qaçan, üzən hər heyvanı yemək xüsusiyyətindən başlandı. Yarasanı yeyən çinli çox tezliklə xəstəlik tutub virus daşıyıcısına çevrildi. Bəzilər bu yayılmada konspirologiya elementləri axtarır, dünyanı idarə edən güclərin bu işdə önəmli rolu olduğuna, hətta vaksinin belə hazır olduğu fikrini önə çəkirlər. Bu barədə nəsə demək çətindir. Amma artıq bəllidir ki, Koronavirus-19 təbiətdən gələn virus tipi deyil, laboratorroyarda SARS adlı məhşur virusun mutant variantıdır və virusun genomunda hər hansı dəyişiklik etmək mümkümdür.

- Zərbənin ən ağır halda İran və Çində yaşanması siyasi gedişlər barədə düşünməyə əsas versə də, İtaliyada, daha sonra Avropanın ən güclü dövlətlərində yayılması fikirləri alt- üst etdi.

-Bu tip epidemiyalar sərhəd tanımır. Təəssüf ki, onun qarşısını nə ordu, nə divar, nə də sərhədlə ala bilməzsiz. Avropadan öncə, Çindən sonra pandemik partlayış İranda oldu. Səbəb olaraq, embargo vəziyyətində yaşayan İranın son ümid yeri Çinlə siyasi, iqtisadi, ticari əlaqəsini kəsməməsi oldu. İrandan sonra növbə Çinin başqa önəmıi tərəfdaşı İtaliyaya gəldi. 3 futbol maçı Atalanta-Valensiya ( Milanda oynandı), Real-Barselona ( Madrid ) və ardınca Liverpul-Atletiko Madrid oyunları ilə bütün kontinentə yayıldı.

-Avropa səhiyyəsi həmişə təriflənirdi, niyə bu vəziyyət yarandı. İlk baxışda Azərbaycanda vəziyyət daha yaxşı nəzarətə alınmış kimi görünür. Bu belədirmi?

-İtaliyada sürətlə artan xətt sanki stabilləşməyə başlasa da, İspaniyada hələ yeni alovlanır. Bunun sadaladığımız səbəbləri ilə yanaşı, başqa obyektiv səbəb-bu iki ölkənin dünyanın ən yaşlı əhalisinə malik ölkələrinin siyahisində ilk onluğa girməsidir. Əhalinin böyük hissəsi təqaüdçü və ahıl yaşında olanlardır, itkilərin çoxluğunun bir səbəbi də budur. Başqa bir səbəb isə bu ölkələrdə tibb sahəsinin tamamilə özəlləşməsi, özəl sektorun isə bunun öhdəsindən gəlməməsi göstərilir. Məsələn qonşu Aımaniyada ölüm halları dəfələrlə azdır, çünki hər şey dövlətin xüsusi diqqət və nəzarətindədir. Bəs milyardlıq büdcələri olan, dünyanın iqtisadi gücünə görə iık G20 nə daxili olan bu iki ölkə necə oldu ki, bir virus salğını ilə yerlə bir oldu? Səbəblər çoxdur. Mental səbəblər bunlardan ən başlıcasıdır. İtalyanların karantin rejiminə laqeydliyi, “heç nə olmaz, boş şeydir” prinsipi ilə yaşamaq, bütün göstərişlərə baxmayaraq küçələrə çıxmaları sağlıq qurumlarını və həkimləri çıxılmaz vəziyyətə saldı. İpin ucu itmişdi. Hökümət məcburi qaydada şəhərlərə ordu yeridib, küçəyə çıxma yasağı gəridilər.

-Bizdə də artış gözlənilirmi?

-Bizdəki vəziyyət hələ ki, tam nəzarət altındadır. Artış təbii ki, olacaq və bu normaldır. Bunda nə panikaya düşəcək,nə də qorxacaq bir şey yoxdur. Virusa yoluxmaq hələ ölmək demək deyil. İlkin təşhisin tez qoyulması sizin ancaq həyatınızı xilas edəcək. Ona görə ilk simptomlarda həkimə müraciət etməkdən çəkinmıyin. Biz italyanların səhvini heç bir halda təkrarlamamalıyıq! Mütləq qaydada karantin rejiminə əməl etməliyik. Ehtiyac olmadıqca qətiyyən küçəyə çıxçmamaq gərəkdir. Hər küçəyə çıxış, sizin virusa yoluxmaq ehtimalınız çoxaldır. Nəzərə alsaq ki, virus cansız əşyada 6-7 saata qədər yaşaya bilir, deməli, siz küçədəki virus sizin paltarınızda, ayaqqabınızda da evə gələ bilər.

- Dediniz ki,COVİD-19 özü mutasiyaya uğramış versiyadır. Bəs o yenidən mutasiyata uğraya bilərmi?

-Təbii ki. İlk günündən bu günə, virsun 40-a yaxın ştamı tapılıb. Yeni mutantlarla da rastlaşa biıərik. Dünyanın bütün laboratoriyaları peyvənd çalışmalarını sürdürür. Ümid edirəm ki, il sonuna qədər əlimizdə nəticələr olacaq.

-Mutasiya ilə zəifləyəcəkmi? Mutasiya edib daha qorxunc halda geri dönüş ola bilərmi? Payızda biz onu yenidən gözləyə bilərikmi?

-Bu günə kimi müşahidə olan tendensiya göstərir ki, xeyr zəifləmir. Amma virus canlı orqanizmdir, virus davamlı və uzun müddət yaşaya bilməz. İnsanlar daha çox məlumatlanınca, daha çox özlərini qoruyur. Şəxsi fikrimdir, əyər hər kəs karantin rejiminə əməl etsə, apreli sonunda həyat stabilləşməyə başlayacaq. Əks halda bizi İtaliya kimi ağır karantin gözləyir. İnsanları evdəqal tələbini yerinş yetirməyə çağırıram. Əks halda problemlər qaçılmaz olacaq

Fikrimcə avqust-sentyabr aylarında vıziyyət dünya üzrə stabilləşəcək, avqust ayında isə mövzu bitəcək. Çünki, artıq hər kəs, bütün dövlətlər bu işin zarafat olmamasını anladı. Məsələn Ölüm faktının olmadığı Özbəksitanda ciddi karantin hətta küçəyə çıxma rejimi tətbiq olinub.Ukraynada metro belə bağlıdır. Qazaxstanda karantin rejiminin pozulmasına görə artıq ilk həbs olunanlar var.Yəni, düşünürəm ki, hər kəsin öz vətəndaşlıq vəzifəsini yerinə yetirsə, bu işi bitirəcəyik.

İlhamə Rəsulova

Mənbə: www.bizimyol.info