Bank sektoru üçün "neqativ" xəbər - PROQNOZ PİSLƏŞDİ

Bank sektoru üçün "neqativ" xəbər - PROQNOZ PİSLƏŞDİ

“Fitch Ratings” agentliyi Azərbaycanın bank sektoru üçün proqnozunu pisləşdirdi

Beynəlxalq kredit reytinqi agentliyi "Fitch Ratings" Rusiya, Ukrayna, Qazaxıstan, Azərbaycan, Ermənistan, Belarus, Özbəkistan və Gürcüstanın bank sektorunun reytinqinə yenidən baxıb.

Marja xəbər verir ki, Agentlik koronavirusun yaylmasının yaratdığı iqtisadi çətinliklər və aşağı neft qiymətləri ilə əlaqədar olaraq Rusiya, Ukrayna, Qazaxıstan, Azərbaycan, Ermənistan, Belarus və Gürcüstanın bank sektorunun reytinqini "Neqativ" müəyyən edib.

Yalnız Özbəkistanın bank sektorunun reytinqi "Stabil"dir.

Fitch Ratings hesab edir ki, neft qiymətlərinin düşməsi, iqtisadi fəaliyyətlərin, dövriyyələrin, pul köçürmələrinin və s. azalması bankların maliyyə vəziyyətlərini pisləşdirə bilər.

"Banklara təzyiq dərəcəsi iqtisadi tənəzzülün miqyasından və müddətindən, milli iqtisadiyyat və xarici maliyyələşmə üçün konkret risklərdən (məsələn, neftin ucuzlaşması, turizmdən əldə olunan gəlirlərin və ya pul köçürmələrinin azalması), yerli hökumət orqanlarının həyata keçirdiyi siyasi tədbirlərdən və ayrı-ayrı bankların biznes profillərindən asılı olacaq", - deyə agentliyin məlumatında bildirilir.

Regionda korporativ aktivlərin keyfiyyəti iqtisadi aktivliyin azalması və kreditlərin dollarlaşmasının yüksək səviyyədə olması səbəbindən aşağı düşəcək, çünki valyuta məzənnələri təzyiq altında qalır. Bu, bəzi bazarlarda, xüsusilə Ukrayna, Qazaxıstan, Belarus və Azərbaycanda ənənəvi problemləri daha da kəskinləşdirəcək.

 

Mənbə: marja.az