Hindistanda polis karantinə əməl etməyənləri dəmir çubuqla döydü-FOTOLAR

Hindistanda polis karantinə əməl etməyənləri dəmir çubuqla döydü-FOTOLAR

Dehlidə polis çöldə tutduğu insanlara şiddət tətbiq etməyə başlayıb.

Sonxəbər az Türkiyə mediasına istinadən xəbər verir ki, dünyanın ikinci ən çox əhalisi olan Hindistanda Baş nazir Narendra Modi, yeni tip koronavirus epidemiyasının yayılmasının qarşısını almaq üçün vətəndaşların 21 gün ərzində evlərini tərk etmələrinin qadağan edildiyini açıqlayıb. Buna məhəl qoymayan vətəndaşlar isə küçəyə axın etməyə başlayıb. Nəticədə paytaxt Dehlidə polis çöldə tutduqları insanlara şiddət tətbiq etməyə başlayıb.

Bildirilir ki, 1,3 milyard əhalisi olan Hindistanda korona virusuna qarşı mübarizə çərçivəsində küçəyə çıxmaq qadağası olunub. Hindistan mütəxəssisləri isə gələn ilədək 500 milyon insanın virusa yoluxacağını və təxminən 1 milyon insanın ölə biləcəyini söyləyib.

Şəlalə Babayeva


Sonxeber.az

 

Mənbə: sonxeber.az