Çin Mərkəzi Bankı yuanın sabitləşməsi üçün tədbirlər görür

Çin Mərkəzi Bankı yuanın sabitləşməsi üçün tədbirlər görür

Çin Mərkəzi Bankı cümə axşamı günü yuanın orta mübadilə məzənnəsini gözlənilən səviyyədən daha yüksək qiymətləndirib. Tənzimləyici son zəifləmədən sonra milli valyutanı dəstəkləmək üçün müəyyən səylər göstərə bilər, bu haqda “Bloomberg” yazır.

Qeyd edildiyi kimi, yuanın orta mübadilə məzənnəsi bir dollar üçün 7,0692 yuan səviyyəsində müəyyən edilib ki, bu da proqnozlaşdırılandan 105 baza punktu yüksəkdir.

Çin yuanın 2% çərçivəsində dəyişməsini istisna etmir. Çərşənbə günü yuan 0.67% zəifləmişdir və bu, inkişaf etməkdə olan ölkələrin valyutaları arasında ən pis göstəricidir. ABŞ-ın gördüyü stimullaşdırıcı tədbirlərindən sonra əksər valyutalar möhkəmləndi.

Mənbə: banker.az