Azərbaycanda dəmir yolu ilə sərnişindaşımalar kəskin artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 2,3 mln. ton yük, 838,2 min sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə yük daşınmasında 7,2%, sərnişin daşınmasında isə 72,3% artım müşahidə olub.

Məlumata görə, sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 15,3 min ton, Qərb istiqaməti üzrə 3,4 min ton, Cənub istiqaməti üzrə isə 1,0 min ton yüklənmə işi yerinə yetirilib.

Xezerxeber.az

ƏVVƏLKİ XƏBƏR

Fransada koronavirusa qarşı dərmanın sınaqları keçirilib

SONRAKI XƏBƏR

Rektordan ilginc təyinat: vəzifədən azad etdiyi direktoru yenidən geri qaytardı