Warren Buffett də itirdi

Warren Buffett də itirdi

Məşhur investor Uaren Buffetin (Warren Buffett) portfeli ilin əvvəlindən bu yana 35% "əriyib"

Məşhur sərmayəçi və dünyanın ən varlı adamları arasında yer alan Warren Buffett də səhm bazarındakı qlobal çöküşdən payını alıb. Marja xəbər verir ki, Buffettin portfelindəki şirkətlər ilin əvvəlindən bəri 50%-dən dəyərdən düşüblər.

Koronavirus epidemiyasından ən böyük zərbəni aviasiya sektoru alıb. Milyarder sərmayəçinin portfelində ən çox dəyər itirən şirkət Delta Hava Yollarıdır. Warren Buffett-in portfelindəki bank və maliyyə şirkətləri də dəyərdən düşüblər.

Warren Buffett-in ana şirkəti Berkshire Hathaway-ın portfelindəki 35.44% ilə ən çox ağırlığa malik Apple Inc. 19 Fevraldan bəri 26.73%, ilin əvvəlindən bu yana 19.06% düşüb.
Dünyanın ən varlı dördüncü adamı olan Buffett-in şəxsi sərvəti ilin əvvəlindən bu yana 18.4 milyard dollar azalaraq 71.2 milyard dollara geriləyib.

Dünyanın ən varlı insanı Jeff Bezosun sərvəti isə 3 milyard dollar azalaraq 116.4 milyard dollara düşüb.

Mənbə: marja.az