Koronavirus limonun qiymətlərini qaldırdı

Koronavirus limonun qiymətlərini qaldırdı

Mütəxəssislərin koronavirusa qarşı "bədəninizin müqavimətini artırmaq üçün C vitamin qəbul edin" tövsiyəsi limona olan tələbat artırıb.

Sonxeber.az türk mətbuatına istinadən xəbər verir ki, bazarda 2 lirədən (60 qəpik) başlayan limonun qiyməti sonunda 5 lirəyə (1.5 manat) qədər artıb. Türkiyənin Mersin vilayətinin Ərdəmli rayonundan böyük şəhərlərə göndərilən limonun qiyməti isə 10 lirəni (3 manat) ötüb.

Sitrus meyvələrinin, xüsusilə limonun faydalarının ortaya çıxması ilə bu sitrus meyvələrinə tələbatın artdığını ifadə edən Mersin Sitrus meyvələri İstehsalçıları Birliyinin prezidenti Əhməd Dursən Şahin, "Bunun bir dərman olduğu və dərman məqsədi ilə istifadə edildiyindən geniş alıcı kütləsi meydana gəlib. Artıq sitrus meyvəsinin insanlara nə qədər faydalı olduğu həqiqəti üzə çıxdqıdan sonra onun qəbulu da artıb. Ümid edirik ki, insanlar bu məhsullardan faydalanacaqlar" deyə bildirib.

Mənbə: sonxeber.az