«Koronavirus durğunluğunda - ŞİRKƏTLƏR NƏ ETMƏLİ?» - ÖDƏNİŞSİZ KONSULTASİYA

«Koronavirus durğunluğunda - ŞİRKƏTLƏR NƏ ETMƏLİ?» - ÖDƏNİŞSİZ KONSULTASİYA

HR Option şirkəti Azərbaycanda fəaliyyət göstərən şirkətlərin sahibkar və idarəçiləri üçün onlayn konsultasiya həyata keçirməyi planlaşdırır.

FED.az xəbər verir ki, şirkətin təsisçisi və direktoru Xəqani Səfərov tərəfindən "Koronavirus durğunluğunda şirkətlər nə etməli?" mövzusunda qruplar şəklində keçiriləcək konsultasiyada iştirakçılara şirkətin gəlir və xərclərinin idarə edilməsi, mövcud duruma adaptasiya və müəssisənin dayanaqlılığının təmin edilməsi, işçi heyətinin idarə edilməsi ilə bağlı atılmalı addımlar ətrafında tövsiyyələr və rəylər veriləcək. Həmçinin iştirakçıları maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılacaq. HR Option şirkətinin işçi qrupu yaranmış məsələlərin həllində yardımçı olacaq.

Xəqani Səfərov dünyanı bürüyən virusa qarşı hər kəsin birləşməli və qarşılıqlı yardımlaşmalı olduğunu qeyd edib. “Ölkəmizin və dövlət orqanlarının bu istiqamətdə atdığı addımlar təqdirə layiqdir. Belə zamanda hər kəs əlindən gələni etməlidir. Biz də öz növbəmizdə ölkə sahibkarlarına belə bir dəstək vermək istədik.”

Sesiyalara qatılmaq istəyən sahibkar və idarəçilər 31.03.2020 tarixinədək consultation.hroption.com linki vasitsəsilə qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçən bizneslər üzrə seqmentasiya aparılacaq və müxtəlif seqmentlər üzrə keçirləcək konsultasiya sessiyalarının vaxtı barədə iştirakçılara ətraflı məlumat veriləcəkdir.

Qeyd edək ki, HR Option platforması şirkətlərdə idarəetmə strukturunun optimallaşdırılması, səmərəlilik və effektivliyin artırılmasını təmin etməyə yardımçı olmaq məqsədilə fəaliyyət göstərir və #evdəqal şüarı ilə keçiriləcək konsultasiya sessiyaları şirkətin korporativ sosial məsuliyyət layihəsi olmaqla tamamilə ödənişsiz həyata keçirilir.

Mənbə: fed.az