“Pilot İnşaat MTK” da Prezidentin çağırışına qoşuldu

“Pilot İnşaat MTK” da Prezidentin çağırışına qoşuldu

Azərbaycanda koronavirusla mübarizəyə Nerimanov rayonunda bir çox tikinti layihələri həyata keçirən “Pilot İnşaat MTK”da qoşulub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, “Pilot İnşaat MTK" şirkətinin Premium Residenca Nərimanov layihesi Azərbaycan Prezidenti İlham Əliyevin 19 mart 2020-ci il tarixli fərmanı ilə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə dəstək məqsədilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 5 min manat vəsait köçürüb.

Şirkət rəhbərliyi pandemiya ilə mübarizə üçün sosial həmrəyliyin nümayiş etdirilməsinə və vətəndaşları dövlətin koronavirusla mübarizə istiqamətində həyata keçirdiyi qabaqlayıcı tədbirlərə dəstək olmağa çağırır:

“Azərbaycanda koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi, həmçinin, yaşlı və kimsəsiz şəxslərə yardım etmək məqsədi ilə yaradılmış Fond bir mübarizə fondu yox həmrəylik fondudur. Prezident İlham Əliyev öz 1 illik əmək haqqını bu fonda köçürərək xalqı ilə birlikdə olduğunu göstərdi. Biz də bu həmrəylik çağrışına qoşularaq şirkətimiz tərəfindən 5 min manat Fonda köçürürük. Qeyd edək ki, bu, birlik və mübarizlik göstəricisidir. Hər bir atılan addım, köçürülən pul xalqımızın gələcəyinin, sağlamlığının zəmanətidir”.

Mənbə: qafqazinfo.az