"ABŞ kimi ölkənin FED rəhbəri də belə ümidsiz danışırsa, deməli..."

"ABŞ kimi ölkənin FED rəhbəri də belə ümidsiz danışırsa, deməli..."

Virus pandemiyasının qlobal iqtisadiyyata vurduğu zərbənin miqyası ilə bağlı ilk məlumatlar ortaya çıxır: ABŞ-dan sonra dünyanın 2-ci böyük iqtisadiyatı, virusun ilk ortaya çıxdığı Çində yanvar-fevralın nəticələlərinə görə sənaye istehsalı 13.%, pərakəndə ticarət 21%, investisyalar 24.5% azalıb.

20 ildən çoxdur dayanmadan böyüyən iqtisadiyyat bu müddətdə ilk dəfədir kəskin kiçilmə ilə üzləşir. Bütövlükdə iqtisadiiyatda 1-ci rübün nəticələrinə görə 4% azalma artıq real görünür. Yaxşı xəbər odur ki, Çin artıq virusun yayılmasını dayandıra bilib.

İqtisadi çöküş ABŞ-a keçir. FED rəhbəri bu gün çox bədbin danışıb - 1 nömrəli iqtisadiyyat üçün artıq resessiyanı qaçılmaz adlandırır. Pauell 1 aylıq iqtisadi karantinin pandemiyanı dayandırıb dayandırmayacağı ilə bağlı müsbət bir gözlənti deyə bilməyib.

Dünyada gündəlik neft istehlakında artıq 5 mln. barrel azalma var.

Bu arada Rusiya son 1 həftədə 30 mlrd. dollar valyuta ehtiyatı itirib.

Soyuqqanlı olmaqdan başqa çarə yoxdu, amma durum çox çıxılmaz nöqtəyə gəlib. ABŞ kimi ölkənin FED rəhbəri də belə ümidsiz danışırsa, deməli vəziyyət göründüyündən daha qəlizdir...

 

Rövşən Ağayev, iqtisadçı ekspert

Mənbə: moderator.az